PDF Oxu

Siyasət

  • 42

Sahib Alıyev: “Tomas de Vall açıq şəkildə erməni mövqeyindən çıxış edir”

Sahib Alıyev: “Tomas de Vall açıq şəkildə erməni mövqeyindən çıxış edir”

"Qərbdə Dağlıq Qarabağ məsələsi üzrə tanınmış ekspertlərdən sayılan Tomas de Vall regionda gedən proseslərə yanaşmasında əvvəllər də elə də ədalətli deyildi, son zamanlar isə açıq şəkildə erməni mövqeyindən çıxış edir". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Sahib Alıyev deyib.Sahib Alıyev deyib: "Elə onun ekspertliyi bununla da bitir. Çünki ekspert olayları düzgün qiymətləndirmək üçün neytral olmağı bacarmalıdır. Özəlliklə də söhbət başqa ölkələrdə baş verənlərdən gedirsə. Uydurma olayla bağlı "Böyük Fəlakət, ermənilər və türklər soyqırımının kölgəsində" kitabı təzəcə çapdan çıxan bu cənabın Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı "Azadlıq" radiosunun erməni redaksiyasına dedikləri diqqət çəkir. Birincisi o bildirir ki, Türkiyədə hökumətdə heç nəyə baxmadan Ermənistanla sərhədlərin açılmasına tərəfdar olanlar hələ də az deyil. İkincisi, deyir ki, bu məsələ ilk növbədə, məhz Azərbaycanın mövqeyi üzündən alınmadı. Onun fikrincə, rəsmi Bakını yola gətirmək üçün Amerika daha çox "resurs" xərcləməli, təzyiqləri daha da artırmalı imiş. Üçüncüsü isə o bildirir ki, Türkiyədə kilsələrin təmiri, bir çox yerlərə erməni adlarının qaytarılması, Ermənistan sərhəddinədək hibro-optik kabelin çəkilməsi və sair kimi xırda addımlar bir gün Sürix protokolunun reallaşmasına aparıb çıxaracaq. Mənə elə gəlir ki, onun bu son dediklərini diqqətdə saxlamalıyıq".

sia.az

Digər xəbərlər