PDF Oxu

Siyasət

  • 33

Tahir Rzayev: “Həmsədrlər seyircilərdir”

Tahir Rzayev: “Həmsədrlər seyircilərdir”

"ATƏT-in Minsk qrupunun bugünkü fəaliyyəti heç də qənaətbəxş deyil və Azərbaycan xalqı tərəfindən bu fəaliyyətə haqlı olaraq çox mənfi qiymət verilir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.Onun sözlərinə görə, Azərbaycan torpaqları 20 ildən artıqdır işğal altındadır və bilavasitə bu münaqişənin həlli ATƏT-in Minsk qrupuna həvalə olunsa da, problemin həlli məsələsi həmsədrlərin qeyri-ciddi yanaşması səbəbindən uzanır: "Həmsədrlərin bir neçə dəfə dəyişməsinə baxmayaraq, bu problemə yanaşma hər zaman eyni səviyyədə qalır və münaqişənin həlli zəminində heç bir əsaslı iş görülməyib. ATƏT-in Minsk qrupunun həmsədrləri hər zaman regiona səfər edib hadisələri seyr edib, yenidən geri dönürlər. Bu həmsədrləri seyirci adlandırmaq tam düzgün olardı. Bu şəxslər heç bir iş görməyə qadir deyillər. Azərbaycan xalqı hazırki dövrdə bu məsul şəxslərdən məsələnin həlli yönündə heç bir əsaslı tədbir görülməsini gözləmir. Çünki istər ABŞ, istər Fransa, istərsə də Rusiya daima öz fəaliyyətləri ilə erməni təcavüzkarlarına dəstək verirlər. Hətta bu dəstəyi açıq-aşkar etməkdən də çəkinmirlər. Bu səbəbdən də həmsədrlərin regiona növbəti səfərindən hər hansısa uğur gözləmək sadəlövhlük olardı".

sia.az

Digər xəbərlər