Akif NAğı: "ABŞ-lı həmsədrin girovların azad olunması ilə bağlı çağırışına məsələnin tezliklə həllinin əlamətləri kimi baxmaq olar"
"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı çağırışı Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının apardığı işin nəticəsidir ki, girovların azad olunması məsələsinə həm Rusiya, həm də ABŞ reaksiya verir: "Rusiya və ABŞ-ın girovların azad olunması məsələsinə reaksiya verməsi ermənilərin haqsız mövqedə olduğunu göstərir. Ona görə də Azərbaycanın qaldırdığı məsələ qarşısında ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar bir söz deyə bilmirlər. Eyni zamanda bu məsələnin danışıqlar prosesində hər hansı bir nailiyyətin əldə olunmamasına maneə ola biləcəyini ATƏT-in Minsk qrupunda da başa düşürlər. Buna görə də məcburiyyət qarşısında girovların azad olunması məsələsini qabardırlar. Hesab edirəm ki, ABŞ-lı həmsədrin girovların azad olunması ilə bağlı çağırışı ciddi göstəricidir. Yəqin ki, buna məsələnin tezliklə həllinin əlamətləri kimi baxmaq olar".
sia.az