PDF Oxu

Siyasət

  • 37

Vurğun Əyyubdan Müsavat rəhbərliyinə arqument

Vurğun Əyyubdan Müsavat rəhbərliyinə arqument

"İsa Qəmbər də bir siyasi düşüncə mərkəzinə rəhbərlik edir"

Narazı müsavatçıların lideri, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərən Qubad İbadoğlunun həmin fəaliyyətinin Müsavat rəhbərliyi tərəfindən Nizamnamə pozuntusu kimi qiymətləndirilməsi digər narazı müsavatçı Vurğun Əyyub tərəfindən cavablandırılıb. SİA xəbər verir ki, Müsavat rəhbərliyinin məsələ ilə bağlı qiymətləndirməsinə ilginc arqument gətirən Vurğun Əyyub sosial şəbəkədəki şəxsi hesabında bildirib ki, ADR-in yaradılmasında heç bir Nizamnamə pozuntusu yoxdur: "Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasında heç bir Nizamnamə pozuntusuna yol verilməyib və Hərəkat da Müsavat Partiyasına qarşı deyil. 2003-cü ildə Arif Hacılı da daxil olmaqla bir qrup insan Müsavat Partiyasının üzvü ola-ola bir hərəkat yaratmışdılar. Eləcə də indi İsa Qəmbər də bir siyasi düşüncə mərkəzinə rəhbərlik edir".

sia.az

Digər xəbərlər