Müsavat Partiyasının sabiq fəalı Kamil Xəlilbəyli partiyanın başqanı Arif Hacılıya və onun qardaşı, təşkilatın Məclis üzvü Mustafa Hacıbəyliyə xitabən ironik ifadələr işlədib. SİA-ya daxil olan məlumata görə, Kamil Xəlilbəyli "facebook"dakı səhifəsində Arif Hacılının qardaşı Mustafa Hacıbəylini qaragüruhçuların motodoru adlandırıb: "Bu gün Müsavatda cərəyan edən hadisələrə Arif Hacılı və onun qaraguruhçuların motodoru olan qardaşı Mustinin (Mustafa Hacıbəylini nəzərdə tutur-red.) reaksiyaları, dövranını sürmüş qarmonun son akordlarını xatırladlr...
Arif Hacılı, artıq toylarda tuş çalınmır!"
Xatırladaq ki, son günlər məhz sosial şəbəkədə tərəflər arasında kəskin söz atşmaları və iztehzalı fikirlər yer alamaqdadır. Belə ki, bir müddət öncə Arif Hacılının tərəfdarları onlara qarşı çıxanları xəyanətkar dalandırıb və yaxına buraxılmamalarını tövsiyyə edib: "Kimlərsə, Müsavat Partiyasına xəyanət edibsə, Müsavatdan qovulubsa, onların demokratik düşərgəyə fayda verəcəyinə ümumiyyətlə inanmayın, onları özünüzə yaxın buraxmayın. Sonra demədi deməyin. Ən yaxın və yaxın tarixə nəzər salmaqla bunu özünüz də aydın görə bilərsiniz".
sia.az