"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündən heç bir nəticə gözləmirəm". BunuSİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.Onun sözlərinə görə, bu, adət etdiyimiz görüşlərdən biri olacaq: "Ona görə də bu görüşdən konkret nəticə gözləmirəm. Çünki, görüş ərəfəsində nəticəni bu və ya digər şəkildə ifadə edən müəyyən ifadələr, bəyanatlar yoxdursa, erməni işğalına son qoya biləcək hər hansı bir radikal xarakterli müzakirələr aparılsın. Ola bilsin ki, son dövrlər cəbhə xəttində Ermənistanın günahı üzündə yaranan gərginlik, erməni təxribat quruplarının cəbhə xəttini keçməyə cəhd göstərmələri və onların layiqli cavab almaları Ermənistanı himayə edən ATƏT-in Minsk qrupunu narahat edir. Bu daha çox Ermənistanı müdafiə etmək məqsədi ilə keçirilən toplantıdır. Ona görə də bu görüşlərə nikbin yanaşmıram".Millət vəkili qeyd edib ki, ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü missiyanı yerinə yetirmək əvəzinə status-kvonu saxlamaq və Ermənistana yardım göstərmək iradəsi ortalıqdadır.
sia.az