Dağlıq Qarabağı işğal edən bir qrup bandit Ermənistanda hakimyyətdə oturan quldurlardan narazıdır. Yəni, Jirayr Sefilyanın başçılıq etdiyi quldur dəstə Ermənistan prezidenti Serj Sarkisyana gücünü göstərmək istəyir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.M. Əhmədoğlu deyib: "Yürüşün təşkilatçısı Livan ermənisi Jirayr Sefilyan idi. O, Şuşa batalyonun komandiri, yəni Dağlıq Qarabağı işğal edənlərə rəhbərlik edənlərdən olub. İndi ona vətəndaşlıq verilmir. Ancaq, Livan erməniləri Dağlıq Qarabağda aktivdir və onların hesabına maliyyə durumu yaxşıdır. Öz gücünü Serj Sarkisyana nümayiş etdirmək üçün bu addımı atdı. O hesab edir ki, guya Dağlıq Qarabağ Ermənistana məxsusdur. Yürüşün təşkilində məqsəd Avarsiya İqtisadi Birliyinə üzv olan Ermənistanın Dağlıq Qarabağ ona məxsus olmamasına dair öhdəliyinə etiraz idi. Yəni, Jirayr Sefilyan bu addımı il Serj Sarkisyanı sıxmaq istəyirdi".Politoloq qeyd edib ki, bu hadisə iki quldurun davası kimi qiymətləndirilməlidir: "Bu dəfə Serj Sarkisyan güclü çıxdı. Jirayr Sefilyan və ətrafındakıları döydürdü. Hesab edirəm ki, vəziyyət bunla yekunlaşmayacaq. Çünki, bu hadisə dünya erməniləri arasında böyük rezonans yaradıb. Hesab edirəm ki, proses davam edəcək".
sia.az