PDF Oxu

Siyasət

  • 44

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçılıq siyasəti

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçılıq siyasəti

Ermənilər tərəfindən ölkəmizin tarixi və mədəniyyət abidələrinə dəyən zərər 177 milyard dollardır

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə Qarabağa qarşı olan təcavüzkar siyasəti əsrlərdir ki, davam edir. Ermənistanın Qarabağa ərazi iddiasının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri "Böyük Ermənistan" yaratmaq xülyasından qaynaqlanıb. Bu baxımdan, Qarabağ problemi və erməni məsələsi tarixən mövcud olmuş və olmaqdadır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində dövlətimizə külli miqdarda ziyan dəymişdir.

Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan edilərək sökülmüş, yandırılmış, taraxi abidələr, xüsusilə qəbiristanlıqlar dağıdılmışdır. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də danılmaz faktdır. Maddi-mədəni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı ciddi dəlil-sübutlar, faktlar mövcuddur ki, bu istiqamətdə də Respublika Hərbi Prokurorluğunda cinayət tərkibli işlərə baxılmışdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə aparılmış istintaq hərəkətləri nəticəsində sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239, banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər olmaqla 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılmışdır.

Ərazimizə qarşı böyük iddialarla çıxış edən Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda artıq ziyan vurulmuşdur.

Erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə işçi qrupun qənaətinə əsasən, Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə ölkəmizin tarixi və mədəniyyət abidələrinə dəyən zərər 177 milyard dollar təşkil edir. Əhalinin mülkiyyətinə isə 55,4 milyard dollar məbləğində zərər vurulub. Qeyd edilib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək, məhv edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərin 190 milyard dollardan artıq olacağı şübhə doğurmur.

QARABAĞDA YERLƏŞƏN ABİDƏLƏR ERMƏNİLƏŞDİRİLİB

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun Konvensiyasına zidd olsa da işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, Azərbaycanın ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Bu faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib. Dağlıq Qarabağ ərazisində yerləşən Alban xristian abidələri ermənilər tərəfindən mənimsənilir və erməni mədəniyyət abidələri elan edilir. Dağlıq Qarabağ ərazisində, həm də ona sərhəd və ermənilər tərəfindən hazırda işğal olunmuş zonada külli miqdarda xanəgahlar, türbələr, pirlər, monumental tikintilər, orta əsr qəbiristanlıqları, məscidlər və s. müsəlman abidələri yaxın zamanlara qədər mövcud idi. Hazırda bu ərazilər Azərbaycanın nəzarəti altında olmadığından, bu abidələrin indiki vəziyyətindən dəqiq məlumat yoxdur. Bu abidələrin üzərində olan yazılar memarların, alimlərin, xəttatların, nəqqaşların, sufi şeyxlərinin, Azərbaycan memarlıq məktəblərinin banilərinin adları ilə bağlı olduğundan, tarixi faktlar mənbələrdə öz əksini tapmışdır. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır.

Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar vardır. Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı olan ərazi iddiasının nəticəsində baş verir. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, mədəni kökünü özündə ehtiva edir. Erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizdəki abidələrin saxtalaşdırılması istiqamətində aparılan işlər Ermənistanın özünü təsdiqləmək, tarixi, mədəniyyətini yaratmaq siyasətinə xidmət edir. Sözsüz ki, bu münasibət Ermənistanın xristianlıq tarixini islam mədəniyyəti üzərində yaratmaq xülyası ilə çıxışını ortaya qoymuş olsa da, təəssüf ki, yazılı mənbələr, əlimizdə olan rəsmi sənədlər, arxivlər, fotoşəkillər Azərbaycanın tarixi kökünü araşdırmaq və dünyaya təqdim etmək baxımından əsaslı dəlillərdir.

ERMƏNİ İDEOLOQUNUN RUHUNUN "SEVİNCİ"

Ermənilərin əqli mülkiyyətimizə, ekoloji mühitimizə, maddi-mədəniyyət abidələrimizə, torpaqlarımıza təcavüzü bu "xalqın" tarixi kökləri ilə bağlıdır. Dünya xalqları tərəfindən lənətlənmiş olan ermənilər insan - xalq olaraq qəbul edilmirlər. Onlarla təmasda və Ermənistanda səfərdə olanlar ermənilərin necə xain, rəzil, vəhşi olmasını gözləri ilə görmüşlər. Elə Xocalı soyqırımından sonra Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı Zori Balayanın "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında yazdıqları dünya ictimaiyyəti tərəfindən qəzəbsiz qarşılanmaya bilməzdi. Z.Balayan yazırdı ki, biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar:"Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başının, sinəsinin və qarnının dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağının başına açdıq. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizdən fəxr duyacaq". Yazıçı-jurnalist David Xerdiyan "Xaç uğrunda" kitabında isə yazır ki, səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq:"Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi və mən beləcə 1200 meyidin üstündən keçdim". Bu, erməni etirafıdır. Tükürpədici, nifrət oyadan, Azərbaycan qanına susayan erməni etirafı. Köksündə vəhşilik alovlanan, faşist erməni etirafı. Sən kimsən yurdsuz-yuvasız, sahibsiz, sənədsiz erməni, elmsiz, kökü qaraçı olan oğru, dilənçi erməni! Cəsədlərin üzərinə mazut tökərək yandıran və tonqaldan eşidilən ağlamaq və imdad səslərindən həzz alan kiməsə insan söyləmək olarmı? Elə məşhur fars şairi Sədi Şirazi ermənini yer üzünün ilanı, insanlığın düşməni kimi qələmə verməkdə nə qədər haqlı imiş.

Dünyanın istənilən bir ölkəsinin qələm əhlinin ermənilərlə bağlı sərt mesajlara təsadüf olunur. Yazıçı Olqa Smurova "Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud sizə xəyanət edəcəklər"- yazırdı. "Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir". Bu isə alman səyyahı Alferd Kertenin təəssüratlarından sətirlərdir. Erməni o qədər iyrənc və qorxuncdur ki, milli xüsusiyyətini qısa bir zamanda sezmək olur. Dili, ərazisi, mədəniyyəti, mətbəxi və tarixi olmayan ermənilərin yazıqlar olsun ki, qonşusu azərbaycanlılardır. Bu bədnamlar məğrur, sözünün gücü, əməli, tarixi irsi olan, dünyanın marağında olan bir dövlətlə qonşu olublar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər