"Türk dövlətləri arasında hərbi əməkdaşlıq inkişaf etdirilməlidir". BunuSİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.Onun sözlərinə görə, bunun üçün Türk Dövlətlərinin Müdafiə Nazirlikləri Əməkdaşlıq Koordinasiya Mərkəzi yaradılmalı, ehtiyac siyahısı və inkişaf strategiyası hazırlanmalı və ehtiyac olan hərbi texnikanın hansı ölkədə daha ucuz istehsal ediləcəyi araşdırılmalıdır: "Şübhəsiz ki, bu məsələ ilə bağlı türk dövlətlərinin hazır kadrları var. Gərəkli olan isə bu məsələ ilə bağlı ortaq siyasi iradə və işbirliyinin başlanmasıdır".Mərkəz sədri hesab edir ki, bu ortaq siyasi iradənin baş tutması, sadəcə konvansional silahların istehsalına deyil, türklərin kosmosla ilk tanışlığına da şərait yarada bilər: "Kosmik texnologiyada istifadə olunan bəzi strateji maddələrin, metalların beynəlxalq bazarda satılmadığı, sadəcə həmin ölkələrin istehsal etdiyi nəzərə alınarsa, Türk dünyasının hərbi sahədə işbirliyinin başlanmasının nə dərəcədə ciddi məsələ olduğunu vurğulamağa ehtiyac yoxdur. Qazaxıstanın Baykonur kosmodromunun, Türkiyənin və Azərbaycanın kosmosda peyklərinin olduğu nəzərə alınsa, hesab edirəm ki, bu türk dövlətlərinin kosmosun fəth edilməsi sahəsində ortaq işbirliyinin başlanğıc nöqtəsi ola bilər. Xarici ölkələrdə istehsal olunan peykləri fəzaya qaldırmaqdansa, Türk dünyasında istehsal olunan peyklərin orbitə qaldırılması peyk məlumatlarının təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Xarici ölkələrdə istehsal olunan peykin başqa bir dövlətin ərazisindən orbitə qaldırılması, peyki istehsal edən ölkənin istismar edən ölkə ilə bərabər məlumatlara sahib olma imkanı var. Hesab edirəm ki, olmaması təəccüblü olardı. Türk dövlətləri arasında NATO bənzəri beynəlxalq təhlükəsizlik və müdafiə təşkilatının qurulması məsələsi üzərində də düşünməlidir. Bu qurum əsasən müsəlman aləmində, ümumən isə istənilən coğrafiyada yaşanan münaqişələrin qarşısının alınması və yaxud sülhməramlı missiya ilə çıxış edə bilər".
sia.az