PDF Oxu

Siyasət

  • 28

Sərdar Cəlaloğlu səbəbləri açıqladı

Sərdar Cəlaloğlu səbəbləri açıqladı

"Siyasətimiz uzlaşmadı"

"İnsan Haqları Mərkəzinə İqbal Ağazadə ilə mən Pənah Hüseynin dəvəti ilə qatılmışdıq". Bu fikirləri SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ADP, Müsavat və Ümid Partiyalarının adıçəkilən qurumdan çıxmasına münasibət bildirərkən deyib. ADP sədri bildirib ki, onlar Mərkəzə gedəndə formatı müəyyənləşdirməmişdilər, sadəcə formatı Mərkəzin təşəbbüs qrupu müəyyənləşdirmişdi: "Burada Klassik Xalq Cəbhəsi Partiyası, Müsavat və Xalq Partiyası iştirak edirdi. Əvvəlcə 14-15 partiya və bir neçə QHT ilə əməkdaşlığa başlayan Mərkəzdən çox qısa zamanda kifayət qədər partiya istefa verdi. Sonda on bir partiyadan ibarət format meydana çıxdı ki, həmin qruplar digər təşəbbüs ilə çıxış etməli oldular. 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Müsavatla birlikdə seçki bloku yaratmaq təşəbbüsü irəli sürdük. Faktiki olaraq sözügedən mərkəzdə iki fərqli blokun yaradılması ilə əlaqədar əvvəlcədən fikirlər səsləndirilirdi. Buna da hər kəs müsbət rəy vermişdi ki, kim-kiminlə blok şəklində seçkiyə qatılmaq niyyətindədirsə, heç bir problem yoxdur. Daha sonra isə bütün partiyaların bir mərkəzdən çıxış etməsi və aprel ayına qədər seçki haqqında ümumiyyətlə müzakirə olunmayacağı fikri ortaya atıldı"."Belə olan halda, biz də Mərkəzi tərk edənlər sırasına qoşulduq. Bir halda ki siyasətimiz uzlaşmayacaq, o zaman orada qalmağın heç bir əhəmiyyəti yoxdur. Ümid Partiyasından fərqli olaraq düşünürdüm ki, Mərkəzin inkişafı baxımından orada təmsil oluna bilərdim, subyektiv amillərə söykənən problemləri həll edə bilərdim. Təəssüf olsun ki, bunu düzgün qiymətləndirmədilər. Mərkəzdə toplaşan partiyalarla indiyə kimi heç bir blokda təmsil olunmamışam. Xaraktercə bu qüvvələrlə eyni olmadığım üçün iştirakımızı dayandırdıq".

sia.az

Digər xəbərlər