PDF Oxu

Siyasət

  • 34

Siyavuş Novruzov: “Erməni tərəfinin belə bir iddia ilə çıxış etməsi sərsəmlikdir” MÜNASİBƏT

Siyavuş Novruzov: “Erməni tərəfinin belə bir iddia ilə çıxış etməsi sərsəmlikdir” MÜNASİBƏT

"Kimsəyə sirr deyil ki, Ramil Səfərov Azərbaycana ekstradisiya edildikdən sonra Prezident İlham Əliyev cənabları tərəfindən əfv olunub". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov erməni tərəfinin kəlbəcərli girovlardan birinin müqabilində zabitimiz Ramil Səfərovun onlara təhvil verilməsi fikrinə münasibətini bildirərkən deyib.YAP İcra katibinin müavini qeyd edib ki, bununla yanaşı Ramil Səfərovun rütbəsi və işi də bərpa edilib. Belə ki, zabitimizə qarşı Macarıstanda çıxarılan hökm ədalətsiz idi: "Ermənilər hər dəfə olduğu kimi, dövlətimizi, onun atributlarını, həmçinin, xalqımızı təhqir etməklə zabitimizi cinayətə vadar etdilər. Lakin Azərbaycan xalqı Ramilin bu addımını əlbəttə ki, cinayət hesab etmirdi. Belə bir vəziyyətdə dövlətinə bağlı olan istənilən zabit eyni addımı atardı ".Siyavuş Novruzov onu da xatırladıb ki, həmin hadisədən sonra beynəlxalq məhkəmələr də bəzi Qərb təşkilatları kimi məsələyə ikili standartlardan yanaşmışdı. Biz ikili standartları bu gün də ürəmizimdə hidd edirik: "İki azərbaycanlının doğma yurd-yuvalarına gedərkən ermənilər tərəfindən girov götürülməsi isə qanun pozuntusu hesab edilə bilməz. Əslində, qanunları və hüquqları pozan Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikasının separatçı rəhbərliyidir. Bu gün hər iki tərəfin-həm işğalçı Ermənistanın, həm də separatçı rejimin Xocalıda, Qarabağın digər işğal olunmuş bölgələrində törədilmiş qanlı əməlləri var və bütün bunlar həm bizim üçün, həm də beynəlxalq aləm üçün bir faktdır".YAP rəsmisi bildirib ki, belə bir faktlar ortada olsa da, beynəlxalq təşkilatlar hələ də susur, ya da bunu bilərəkdən qabartmırlar: "Hesab edirəm ki, Qarabağdakı qətliamlara, soyqırımlarına görə, beynəlxalq məhkəmə tribunalarında cinayət işləri qaldırılmalıdır. Günahkarlar layiqli cavablarını almağa məhkum olmalıdırlar.Siyavuş Novruzov son olaraq onu da vurğulayıb ki, erməni tərəfinin belə bir iddia ilə çıxış etməsi sərsəmlikdir: "Bu, sərsəm və absurd iddiadır. Ona görə də ilk növbədə Azərbaycan tərəfinin haqlı mövqeyi beynəlxalq məhkəmələr və təşkilatlar tərəfindən dəstəklənməlidir".

sia.az

Digər xəbərlər