"Ramil Səfərov Ermənistan vətəndaşı deyil ki, biz onu kəlbəcərli girovlardan biri ilə dəyişək. Bu qədər bəsit, sərsəm fikir bir daha erməni düşüncəsinin heç bir dəyər həddi olmadığının göstəricisidir". Bu fikirləriSİA-ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Adil Əliyev Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin "mətbuat katibi" David Babayanın səsləndirdiyi fikirlərə münasibətini bildirərkən deyib.Millət vəkili qeyd edib ki, Ramil Səfərovun Azərbaycana qaytarılmasını ermənilər hələ də həzm edə bilmirlər: "Görün bunlar necə xislətli insanlardır ki, yatıb yuxularında da Ramili görürlər. Ona görə də, əllərinə fürsət düşdükcə bundan istifadə etməyə çalışırlar".Adil Əliyev həmçinin ermənilərin divara dirənmiş pişikdən heç bir fərqi olmadığını qeyd edib: "Biz hələ onların siyasi etikadan kənar, səviyyəsiz, absurd fikirlərinə çox rast gələcəyik. Çünki Ermənistan həm iqtisadi, həm siyasi cəhətdən tənəzzül dövrünü yaşamaqdadır. Bu baxımdan da, seperatçı rejim rəhbərliyi fikirləri digər məsələlərə yönəltməklə özlərini sığortalamağa çalışırlar".
sia.az