PDF Oxu

Siyasət

  • 31

Partiya sədri: “Arif Hacılı Müsavatda şəxsi mövqelərini möhkəmləndirmək üçün...”

Partiya sədri: “Arif Hacılı Müsavatda şəxsi mövqelərini möhkəmləndirmək üçün...”

"Qubad İbadoğlunun Müsavatdan çıxarılması son illər bu partiya daxilində gedən proseslərin məntiqi nəticəsidir". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli Müsavatdakı böhrandan danışarkən deyib.T. Kərimli bildirib ki, partiyada böhranın dərinləşməsində keçirilən qurultay katalizator rolunu oynayıb: "Müsavatın qurultayı partiya daxilindəki ikitirəliyi üzər çıxardı. Qurultayda Qubad İbadoğlu təxminən Arif Hacılı ilə bərabər səs toplayaraq eyni gücü nümayiş etdirdi və partiya elitası da onu müdafiə edirdi. Ancaq Arif Hacılı Müsavatda şəxsi mövqelərini möhkəmləndirmək üçün Müsavatın mövqelərini zəiflədib. Çünki, Müsavat ən azı üç fərqli düşərgəyə parçalanıb. Hesab edirəm ki, burada Müsavat uduzur".Partiya sədri qeyd edib ki, ötən mitinqə Müsavat bir neçə yüz adam çıxarmışdısa, növbəti mitinqlərə heç onu da çıxara bilməyəcək: "Hesab edirəm ki, Müsavatdaxili savaş daha da dərinləşəcək. Çox təəssüf ki, müsavatçılıq ideologiyası və əski müsavatçılıqla alver edənlər var. Ancaq, xalq görür ki, bu Müsavat Məmməd Əmin Rəsulzadə Müsavatı deyil".

sia.az

Digər xəbərlər