PDF Oxu

Siyasət

  • 26

Üzeyir Cəfərov: “Onlar Ermənistanda “at oynatmağa” çalışırlar” AÇIQLAMA

Üzeyir Cəfərov: “Onlar Ermənistanda “at oynatmağa” çalışırlar” AÇIQLAMA

"Hələ bundan sonra da Dağlıq Qarabağdakı ermənilərlə İrəvan erməniləri arasında çox ciddi toqquşmalar və zidiyyətlər olacaq". BunuSİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov qondarma erməni soyqırımının 100 illiyi məsələsində Dağlıq Qarabağdakı ermənilərlə İrəvan erməniləri arasında yaranan kəskin zidiyyətlərə münasibət bildirərkən deyib.Müstəqil hərbi ekspertin sözlərinə görə, ümumiyyətlə ermənilərin qondarma soyqırımın 100 illiyi ilə bağlı tədbiri necə keçirəcəyi sual altındadır: "Bu yaxınlarda onların bir-birinə qarşı bütün dünyanın gözü qarşısında nümayiş etdirdiyi vəhşiliklər, insanlıqdan kənar hallar hələ bundan sonra öz fəsadlarını verəcək. Hesab edirəm ki, bir neçə gün bundan əvvəl səpilmiş o zəhərli toxumlar elə özlərinə qismət olacaq. Beləcə, onların özləri çox çıxılmaz vəziyyətə düşəcəklər. Zidiyyət ondan ibarətdir ki, bu gün Dağlıq Qarabağdan olan cinayətkar Serj Sarkisyan, Seyran Ohanyan cütlüyü, o cümlədən digərləri Ermənistanda "at oynatmağa" çalışırlar. Bu şəxslər öz hakimiyyətlərini uzatmaq üçün min cür oyundan çıxırlar. Məhz ona görə də bu istər-istəməz İrəvanın özündə də çox böyük narazılıqlar doğurur. Hesab edirəm ki, yaxın zamanlarda sözügedən ziddiyyətlər bir qədər də artan xəttlə davam edəcək. Bütün bunlara baxmayaraq, təmas xəttimizi də diqqətdən kənarda saxlamamalıyıq".

sia.az

Digər xəbərlər