PDF Oxu

Siyasət

  • 36

Elman Nəsirov: “Ölkə başçısının səsləndirdiyi bəyanatlar çox ciddi rezonans doğurur”

Elman Nəsirov: “Ölkə başçısının səsləndirdiyi bəyanatlar çox ciddi rezonans doğurur”

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi bəyanatlar artıq Ermənistanda güclü ajiotaja, qorxu ab-havasına səbəb olub". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında birbaşa Ermənistan tərəfinin işğal siyasətini konkret fakt və arqumentlərlə ifşa edib: "Ölkə başçısı çıxışı zamanı bir sıra ritorik suallar səsləndirib. "Erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda nə axtarır? Əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin". Yəni, birbaşa bu mesajın mənası ondan ibarətdir ki, nə qədər Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasətini davam etdirəcəksə, bu müddət ərzində itkilər verəcək və Azərbaycanın bu məsələdə heç bir güzəşti olmayacaq. Konfransda Ermənistanlı nümayəndənin təxribatçı sualına Azərbaycan Prezidentinin cavabı belə oldu ki, əslində Ermənistan bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışır".Politoloq bildirib ki, konfransda ölkə başçısı Ermənistanın sülh istəməməsini tutarlı faktlarla sübut edib: "Çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, avqust ayında Rusiya prezidenti Vladimir Putinin, sentyabrda ABŞ Dövlət Katibi Kerrinin və oktyabrda Fransa prezidenti Fransua Ollandın təşəbbüsləri ilə prezidentlər arasında görüşlər keçirilib. Ölkə başçısı xüsusi vurğuladı ki, oktyabrın 27-də Parisdə keçirilən danışıqlardan heç 10 gün keçməmiş Ermənistan Ağdam da daxil olmaqla işğal olunmuş ərazilərdə irimiqyaslı, 47 min hərbçinin iştirakı ilə hərbi təlimlərə başladı, eyni zamanda helikopter avantürası həyata keçirib və həmin helikopter Azərbaycan hərbiçiləri tərəfindən vuruldu. Yəni, ermənilər belə təxribatlara getməklə çalışır ki, danışıqlarda heç bir nəticə hasil olmasın. Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, ermənilər işğala son qoyduqları andan etibarən sülh, qarşılıqlı təmas və barışıq bərqərar olacaq. Yəni, hər şey Ermənistanın davranışından asılıdır".E. Nəsirov hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Ermənistan tərəfə çox ciddi mesaj idi: "Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid etdi. Bildirib ki, ATƏT-in Mİnsk qrupu münaqişənin həlli üçün heç bir siyasi iradə nümayiş etdirmir. Eyni zamanda vurğuladı ki, Ermənistan öz başına işğalçılıq siyasətini davam etdirə bilməz. Ona dəstək verən qüvvələr var və həmin qüvvələr arasında ATƏT-in Minsk qrupunun həmsədrləri də var. Eyni zamanda ölkə başçısı qeyd etdi ki, bu olduqca paradoksal bir vəziyyətdir. Çünki, münaqişəni həll etmək istəyən tərəflər Ermənistana yardım göstərirlər. Bu isə onların neytrallıq və bitərəfliklə bağlı statuslarına ziddir".Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Münhendə səsləndirdiyi bəyanatlar çox ciddi rezonans doğurmaqdadır: "Bir məsələ də nəzərdən qaçmamalıdır ki, Münhen Təhlükəsizlik Konfransında adətən ən mühüm bəyanatlar səsləndirilir. Əslində həmin fikirlər ölkənin bundan sonrakı siyasətinin əsas istiqamətlərini göstərir. Yəni, Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mövqeyi bundan sonra necə olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə bir daha aydınlıq gəlmiş oldu".

sia.az

Digər xəbərlər