"Amerikanın yeni təhlükəsizlik strategiyasında Ukraynada etdiyi hərəkətlərə görə Rusiya işğalçı kimi qiymətləndirilir. Buna son qoyması üçün Moskvaya qarşı informasiya savaşı, eləcə də sanksiya tədbirlərinin davam etdiriləcəyi, gücləndiriləcəyi, NATO-nun infrastrukturlarından faydalanmaqla Ukrayna, Gürcüstan və Moldovanın təhlükəsizliklərinin gücləndiriləcəyi vurğulanır". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Aliyev öz "facebook" səhifəsində məlumat paylaşıb.Deputatın sözlərinə görə, bu zaman onların enerji təhlükəsizliyi məsələsi də ayrıca qabardılır: "Gürcüstanın enerji təhlükəsizliyinin kimən asılı olduğu aydındır: "O da aydındır ki, nədən təhlükəsizliklərinin gücləndirilməsinin önəmliliyi vurğulanan ölkələr sırasında onların üzləşdikləri durumla, yəni separatçılıqla üzləşən Azərbaycanın adı yoxdur. Aydın olmayan budur ki, indi Ukraynada baş verənləri ermənilər 22-23 il öncə bizim torpaqlarımızda ediblər. Maraqlıdır, əgər Obama adminstrasiyası Rusiyanı işğalçı kimi qiymətləndirirsə, Azərbaycan torpaqlarının 20 faizini ələ keçirən və ələ keçirdiyi torpaqlarda etnik təmizləmə siyasəti yeridən Ermənistan haqda niyə bunu demir? Bu cür ikili standartlardan çıxış edən bir dövlətin Minsk qrupuna həmsədrlik etməyə mənəvi haqqı varmı? Ümumiyyətlə, Minsk qrupu həmsədrlərindən kiminsə haqqında "o, obyektiv və ədalətlidir" demək mümkündürmü?".
sia.az