PDF Oxu

Siyasət

  • 40

AXCP VƏ "MİLLİ ŞURA" ADR-LƏ ƏMƏKDAŞLIĞA GEDƏCƏKMİ?

AXCP VƏ "MİLLİ ŞURA" ADR-LƏ ƏMƏKDAŞLIĞA GEDƏCƏKMİ?

Son zamanlar Müsavat partiyasında cərəyan edən hadisələr, sabiq və hazırda da partiyada olan müsavatçıların yeni rəhbərliyə qarşı bir sıra ittihamlar irəli sürməsi düşərgənin digər cinahında yer alan AXCP və "Milli Şura"nı hərəkətə keçirib. Belə ki, narazıların liderinə çevrilmiş Qubad İbadoğlu və onun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı demək olar ki, Müsavata qarşı AXCP və "Milli Şura" kontekstində mübarizə aparır. Daha dəqiq desək, bu gün AXCP və "Milli Şura" Müsavat rəhbərliyini nə qədər kəskin, sərt şəkildə xəyanətdə, parçalanmada ittiham edirsə, ADR də bu kimi bənzər ittihamlardan kənarda qalmır. Fərq isə sadəcə ondadır ki, AXCP sədri Əli Kərimli və onun rəhbərlik etdiyi təşkilatın qanadına çevrilmiş "Milli Şura"nın rəhbəri Cəmil Həsənli Müsavatı bütövlükdə müxalifətə ziyan vurmaqda ittiham edirsə, ADR-in rəhbəri Qubad İbadoğlu partiya rəhbərliyini müsavatçılıq ideologiyasına zərbə vurmaqda suçlayır. Belə olan vəziyyətdə, artıq Müsavatla düşmən tərəflərə çevrilmiş hər iki cinahın sözləri müəyyən mənada üst-üstə düşür.

Fuad Qəhrəmanlı: "Əgər ADR tərəfindən AXCP-yə, yaxud da "Milli Şura"ya müraciət daxil olarsa, bu zaman həmin müraciəti müzakirə etmək mümkündür"

Daha bir maraqlı məqam Arif Hacılının başqanlığından imtina edən müsavatçıların dərhal Qubad İbadoğlunun yanında yer almalarıdır. Bu amil həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, hələlik hərəkatçılıq funksiyası altında fəaliyyətə başlayan ADR çox yaxın zamanlarda siyasi partiyaya çevrilmək şansını əldə edə bilər. Bütün bu kimi sadalanan fikriləri təhlil edərkən, AXCP-nin və "Milli Şura"nın ADR-lə əməkdaşlıq müstəvisində bir araya gəlmək ehtimallarını inkar etmək olmaz. Lakin hələlik həmin əməkdaşlıq ehtimalları barədə dəqiq fikir də söyləmək çətindir. Məsələn, hələ bir müddət bundan öncə, AXCP sədrinin müavni Fuad Qəhrəmanlı mətbuata açıqlamasında demişdi ki, "əgər ADR tərəfindən AXCP-yə, yaxud da "Milli Şura"ya müraciət daxil olarsa, bu zaman həmin müraciəti müzakirə etmək mümkündür". Əgər AXCP rəsmisinin bu kimi açıqlamasını nəzərə alsaq, onun təmsil olunduğu partiyasının Müsavatla əməkdaşlığa getməyəcəyi barədə verdiyi qərarı da xatırlamalıyıq.

Əli Kərimlinin Arif Hacılının təklifini rədd etməsini də xatırlamalıyıq

Məsələn, xatırlamaq olar ki, Arif Hacılı cəbhə sədri Əli Kərimli ilə yenidən əməkdaşlıq barədə fikir mübadilələri aparıb və Əli Kərimli Müsavat başqanına bu barədə partiya rəsmiləri ilə birgə müzakirə apardıqdan sonra qərar verə biləcəyini demişdi. Həmin danışıqların səhəri günü Əli Kərimli və onun sözçüləri Müsavatla əməkdaşlığın mümkünsüzlüyünü dilə gitirdilər. Belə olan vəziyyətdə ehtimal etmək olar ki, AXCP Müsavatdakı narazı qanadlardan Qubad İbadoğlunun rəhbərlik etdiyi qurumu tanımaq istəyir. Çünki daha bir səbəb Əli Kərimli amildir. Daha dəqiqi, onun İsa Qəmbər-Arif Hacılı cütlüyünə 2000-ci ildə aldığı zərbə borcu var. Həmin zərbəni vurmaq üçün isə Əli Kərimlinin ADR hərəkatını tanıyaraq, onunla əməkdaşlığa getməsidir.

Rövşən RƏSULOV

Digər xəbərlər