PDF Oxu

Siyasət

  • 32

Seymur Orucov: “Ümumilikdə bütün bunlar ölkəmizin uğurudur” AÇIQLAMA

Seymur Orucov: “Ümumilikdə bütün bunlar ölkəmizin uğurudur” AÇIQLAMA

"Tarixi təkamül prosesinin ayrı-ayrı dövrlərində dünya düzənində baş verən müxtəlif istiqamətli hadisələr bu və ya digər şəkildə ölkəmizdə yaşayan xalqlara təsir edib, ümumilikdə həmin xalqlar özgə ideologiyalarına məruz qalmalarına baxmayaraq, öz milli kimliyini qoruyub saxlayıb, eyni zamanda yad ideologiyalar xalqımızın həyat tərzinə görə dəyişiblər. Tarixin gedişatına nəzər salsaq görərik ki, fərqli zamanlarda ərazimizdə müxtəlif dövlətlər qurulub və bu dövlətlər siyasi cəhətdən, hansı idarəetmə sisteminə mənsub olmasından asılı olmayaraq, xalqımızın ideoloji inamına söykəniblər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.YAP GB sədrinin sözlərinə görə, 20-ci əsrin əvvəlində 23 aylıq müstəqilliyimizdən sonra başlayan 70 illik Sovet quruluşu nə qədər güclü olsa da, bizi milli və ideoloji cəhətdən özününküləşdirə bilmədi: "Baxmayaraq ki Sovet imperiyasının topu, ağır zirehli texnikası və represiya siyasəti var idi. Milli ideologiya uğrunda mübarizə aparan şəxslər o vaxtlar ideoloji inamın əsas qoruyucusu oldular. Sovet imperiyası dağılandan sonra ölkəmiz yenidən müstəqilliyini əldə etdi. Müstəqilliyin ilk illərində Sovet ideologiyasının təsirindən azad olan xalqımız, səriştəsiz rəhbərlərin fəaliyyəti nəticəsində toparlana bilmədi. Xalqın ideoloji düşüncəsi sarsılmış vəziyyətdə idi. Məhz, belə bir şəraitdə xalqın həqiqi bir liderə ehtiyacı var idi. O şəxs Ümumilli lider Heydər Əliyev idi. Qısa bir zamanda Azərbaycan siyasi hakimiyyətinə həm hüquqi, həm də mənəvi cəhətdən sahiblənməyi bacaran Ulu Öndər Heydər Əliyev ilk öncə xalqın özünə olan daxili inamını qaytardı. Xalqımız, məhz o vaxtdan dərk etməyə başladı ki, yerli hakimiyyətə söykənən milli müstəqillik hansı üstünlüklər bəxş edir.Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra əsas diqqəti ideoloji iş üzərinə çəkərək, ölkə vətəndaşlarının, xüsusilə gənclərin azərbaycançılıq ruhunda, milli ideologiyamıza-azərbaycançılıq ideologiyasına bağlı şəkildə tərbiyə olunması istiqamətində konkret tədbirlər gördü. Müstəqilliyin ilk illərində siyasi müstəqilliyi iqtisadi jest hesabına möhkəmləndirən Ulu Öndər bu iqtisadi jestin yaratdığı üstünlükdən istifadə edərək, ölkə gənclərinin təhsilə, elmə, ictimai sektora olan marağının artırılması yolunda vacib addımlar atdı. 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumunun keçirilməsi və forumda müxtəlif yaş təbəqəsindən olan gənclərin iştirakı Ulu Öndər Heydər Əliyevin gənclərə olan inamının və gələcəkdə onlardan olan gözləntisinin göstəricisi idi. Ümumilli Liderin bu addımı özünü doğruldaraq, ənənə halını aldı. Həmin tarixdən sonra bir neçə dəfə ölkə gənclərinin forumlarının keçirilməsi bu siyasətin davam etdiyinin göstəricisidir. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə təhsili üzrə dövlət proqramı" ölkə gənclərinin yüksək biliklərə yiyələnməsi ilə yanaşı, eyni zamanda onların layiqli vətəndaş kimi, öyrəndiklərini ölkəmizdə tətbiq edərək, dövlətimizin inkişafında pay sahibi olması məqsədi daşımışdır.Proqram sayəsində 3000-dən artıq gənc dünyanın nüfuzlu təhsil müəssisələrində təhsil alıb. Son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhrələnən gənclər həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda ölkəmizi layiqincə təmsil etməklə ümumi inkişafda pay sahibi olmağı bacarıblar".S.Orucov bildirib ki, ölkəmizdəki gənclik təşəbbüsləri çoxşaxəli və genişdir: "Bir neçə gün bundan öncə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası"nın təsdiq edilməsi haqqında ölkə başçısının sərəncamını gənclərlə bağlı olan ən mükəmməl sənəd adlandırsaq yanılmarıq. Strategiyada da göstərildiyi kimi Azərbaycan son 10 ildə insan potensialının inkişafına görə "orta insan inkişafı ölkələri" qrupundan "yüksək insan inkişafı ölkələri" kateqoriyasına daxil olmuşdur. Strategiyada müxtəlif yaş və ixtisas sahibi olan gənclərə aid müddəaların olması, dövlətimizin ümumi Azərbaycan gəncliyinin inkişafında maraqlı olduğunun əyani isbatıdır. Belə ki, strategiyada göstərildiyi kimi gənclərin təhsil səviyyəsi də ilbəil artır. 2013-2014-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 63 min tələbənin təhsil aldığı 57 dövlət və 1 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi, tələbələrinin sayı 151 min nəfər olan 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Azərbaycan təhsilinin gənc kadrlar hesabına zənginləşməsi gələcəkdə elmi davamlılığı təmin edə bilən ən mütərəqqi addımdır. Ümumbəşəri çağırış və hədəflərə cavab vermək üçün Azərbaycan gəncliyinin bünövrəsi olduqca möhkəmdir. Bu, cənab Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətinin uğurlu nəticəsidir. Eyni zamanda daxili çağırışların təmini üçün gənclərimizdə olan mövcud potensial bizə imkan verir ki, bu çağırışlara lazımı münasibət bildirib, ölkəmizin inkişafına dəstək olaraq, öz ərazi bütövlüyümüzü təmin edək.Ümumilikdə bütün bunlar ölkəmizin uğurudur. Ümumilli Lider Heydər Əliyev ideyalarının müasir dövrdə yaşadıcısı olan cənab Prezident Ilham Əliyevin fəaliyyəti, Azərbaycançılıq ideologiyasının zənginləşməsinə, milli ruhlu, milli əqidəli Azərbaycan vətəndaşının formalaşmasına xidmət etməkdədir".

sia.az

Digər xəbərlər