PDF Oxu

Siyasət

  • 32

Mais Səfərli: “Rəsul Quliyev bundan zövq alır” AÇIQLAMA

Mais Səfərli: “Rəsul Quliyev bundan zövq alır” AÇIQLAMA

"Heç kimə sirr deyil ki, Rəsul Quliyevlə AXCP və Müsavat rəhbərliyi arasında çox ciddi münaqişə mövcuddur. Onlar bir-birlərini qəbul etmirlər". Bunu SİA-ya Yurddaş partiyasının sədri Mais Səfərli Rəsul Quliyevin AXCP və Müsavatdan istefa verənlərin haqlı olmaları ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.Partiya sədrinin sözlərinə görə, AXCP və Müsavatın bu vəziyyətə düşməsi, ilk növbədə həmin partiyaların rəhbərləri üçün mənfi haldır: "Təbii ki, R.Quliyev də bundan zövq alır. Reallıq budur ki, bu gün o partiyaları tərk edən insanlar R.Quliyevin necə düşünməsindən asılı olmayaraq, həqiqətən də haqlıdırlar. Yəni artıq AXCP və Müsavatda normal demokratiya, partiya quruculuğu olmadığına görə, o partiyalar tərk edilir. Bir sözlə, bu partiyalar artıq iflas ərəfəsindədir".

sia.az

Digər xəbərlər