Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının rəhbərləri növbəti iqtidar-müxalifət görüşünə dəvət olunub. Bu barədəSİA-ya məlumat verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, dəvət Prezident Administrasiyası tərəfindən gəlib: "Görüşün əvvəlki formatda keçirilməsi və ötən dəfə iştirak etməyən digər siyasi partiya rəhbərlərinin də iştirakı nəzərdə tutulub".
Görüş fevralın 12-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçiriləcək.
sia.az