PDF Oxu

Siyasət

  • 28

Qabil Hüseynli: “Putinin dedikləri siyasətçiyə yaraşmayan fikirlərdir” AÇIQLAMA

Qabil Hüseynli: “Putinin dedikləri siyasətçiyə yaraşmayan fikirlərdir” AÇIQLAMA

"Rusiya prezidenti Vladimir Putinin İŞİD-ə qarşı bombardmanları qanunsuz adlandırması hesab edirəm ki, ABŞ və Avropaya hədə mesajı sayıla bilər". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, ümumiyyətlə Putinin İŞİD haqqında bu cür fikirlər səsləndirməsi rüsvayçılıqdan başqa bir şey deyil: "Hazırda dünya İŞİD-in əlindən haray çəkir. Bu terror təşkilatı xeyli sayda insanı odda yandırıb və cəzalandırıb. Bununla belə, onlar neçə-neçə jurnalisti, humanitar yardım gətirən insanın boğazını bıçaqla üzərək sosial şəbəkələrdə yayıblar. İŞİD-in qadınlara, işğal etdiyi ərazilərdəki insanlara qarşı vəhşilikləri və s. onu göstərir ki, İslamla heç bir əlaqəsi olmayan və İslam bayrağı altında dünyaya terrorçu bir təşkilat gəlir. Bu terrorçu təşkilat hətta Putinin ölkəsini də təhdid edir. Amma Rusiya prezidentinin İŞİD-i məhv etmək istəyən dövlətləri qeyri-qanuni hərəkətdə təqsirləndirməsi ağlabatan deyil. Ümumiyyətlə Putinin bu dedikləri hər hansı bir dövlət başçısına və siyasətçiyə yaraşmayan fikirlərdir".

sia.az

Digər xəbərlər