PDF Oxu

Siyasət

  • 45

Qabil Hüseynli: “Nüvə müharibəsi baş verə bilər”

Qabil Hüseynli: “Nüvə müharibəsi baş verə bilər”

"Ukrayna münaqişəsi ilə əlaqədar nüvə silahından istifadə bütün dünyanın məhvinə səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, nüvə silahından istifadə etməyi düşünən hər hansısa bir ölkənin rəhbərinin psixoloji vəziyyətində problemlər ola bilər: "Rusiyanın qərb dünyasını nüvə silahı ilə təhdid etməsi şantaj xarakteri daşısa da, Putinin özünə də bəllidir ki, çox böyük bir oyun oynayır və sonda məğlub da ola bilər. Rusiya rəhbərliyi də məğlub olmamaq üçün bu münaqişəni nüvə silahından istifadə həddinə qədər gətirib çıxara bilər. Ancaq mən düşünürəm ki, heç bir halda dünyanın məhvinə səbəb olacaq bir silahdan istifadəyə dünya birliyi rəvac verməz. Ümumi danışsaq, nüvə müharibəsi təhlükəsi bu gün üçün aktual mövzudur. Burada ən əsas məsələ, məhz onun qarşısını almaqdan ibarətdir. ABŞ da bu məsələdə çox ehtiyatlı davranır".

sia.az

Digər xəbərlər