PDF Oxu

Siyasət

  • 27

BQP majoritar seçkilərə üstünlük verir

BQP majoritar seçkilərə üstünlük verir

Fazil Mustafa: "Proporsional seçkilər barədə danışmaq artıq gecdir"

"Böyük Quruluş Partiyası olaraq, biz də seçkilərdə aktiv iştirak edəcəyik". Bu sözləri SİA-ya açıqlamasında BQP başqanı, Milli Məclisin deputatı Fazil Mustafa deyib.Fazil Mustafa qeyd edib ki, rəhbəri olduğu partiya parlament seçkiləri ərəfəsində heç bir koalisiya və bloklarda iştirak etmək niyyətində deyil. Belə ki, BQP ölkədə cərəyan edən müxtəlif hadisələrdə fəal iştirak edib.Fazil Mustafa parlament seçkilərinin majoritar və proporsional seçki sistemi ətrafında aparılan mülahizələrə də münasibətini bildirib. Onun sözlərinə görə, BQP seçkilərdə blok şəklində deyil, fərdi şəkildə - partiya olaraq iştirak edəcək: "Artıq kifayət qədər bəllidir ki, majoritar seçki sistemi mövcud olacaq. Çünki proporsional seçki ətrafında hər hansı mülahizə yürütmək gecdir. Vaxt az qaldığından, bu mümkün deyil. Bu səbəbdən də Böyük Quruluş Partiyası olaraq biz də majoritar seçkilər sistemində bu ilin payızında baş tutacaq seçkilərə qatılmağı nəzərdə tutmuşuq".

siaşaz

Digər xəbərlər