PDF Oxu

Siyasət

  • 25

Millət vəkili dünyanı münaqişələrin həll olunmasına laqeyd yanaşmada suçladı

Millət vəkili dünyanı münaqişələrin həll olunmasına laqeyd yanaşmada suçladı

Asim Mollazadə: "Laqeyd yanaşma nəticəsində keçmiş SSRİ ərazisində yaranan münaqişələrin heç biri həllini tapmır"

"Rusiyanın Strateji Raket Qüvvələrinin döyüşə hazır vəziyyətə gətirilməsi ilə bağlı barədə Rusiya Müdafiə Nazirliyinin göstərişi Qərbə qarşı hədə-qorxu məqsədi daşıyır". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, Rusiyanın bu addımını təzyiq və təhdiddən başqa heç nə deyil: "Bu addım Rusiyanın Qərbə qarşı hədə-qorxusu kimi qiymətləndirilməlidir. Çünki Rusiyaya heç kim hücum etməyə çalışmır. Sadəcə olaraq tədbir mexanizmləridir".Millət vəkili qeyd edib ki, Rusiyanın Ukrayna ilə bağlı siyasəti dəyişməyib: "Ancaq çox güman ki, vəziyyət pisləşəcək, qarşıdurma artacaq. Yenə də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır ki, bu problemləri yalnız hüququn aliliyi ilə həll etmək lazımdır. Ukrayna münaqişəsindən öncə Dağlıq Qarabağ münaqişəsi başlayıb. Dağlıq Qarabağ münaqişəsinə laqeyd yanaşma, beynəlxalq hüquq normalarına əməl etməmək, ruslara düzgün cavab verilməməsi nəticəsində keçmiş SSRİ ərazisində bir sıra münaqişə ocaqları yaranıb. Məhz laqeyd yanaşma nəticəsində keçmiş SSRİ ərazisində yaranan münaqişələrin heç biri də həllini tapmır".

sia.az

Digər xəbərlər