PDF Oxu

Siyasət

  • 32

YAP-dan iqtidar-müxalifət dialoquna MÜNASİBƏT

YAP-dan iqtidar-müxalifət dialoquna MÜNASİBƏT

Siyavuş Novruzov: "Desələr get Prezident Administrasiyasının qabağında beş gün otur, oturacaq"

"Azərbaycanda AXCP adında siyasi partiya yoxdur. AXCP sadəcə olaraq xarici təşkilatlara, ayrı-ayrı qurumlara, erməni lobbisi tərəfindən maliyyələşən qeyri-hökümət təşkilatlarına işləyən, dəstək verən bir qurumdur". Sözügedən fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iqtidar-müxalifət dialoqu ərəfəsində digər müxalifət partiyalarından fərqli olaraq, AXCP-nin bu missiyaya qatılmağı "müxalifətçiliyə xəyanət" elan etməsinə münasibətini bildirərkən deyib.

"Əli Kərimlinin qulluq etdiyi təşkilatlar onun dialoqda iştirak etməsinə icazə verməyiblər"

YAP rəsmisi vurğulayıb ki, cəbhəçilər daim digər qüvvələrin əlaltısı kimi Azərbaycanda mövcud olan dialoq mühitindən qaçıb və onların bu kimi cəhdləri məhz xarici dairələr tərəfindən idarə edilir: "Bunlar da həmin ölkələrin, təşkilatların tapşırığı əsasında hərəkət edirlər. Bu gün ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar hakimiyyət tərəfindən irəli sürülən iqtidar-müxalifət dialoqu təklifini alqışlayır və iştirakları üçün bəyanatlarını veriblər. Amma görünür Əli Kərimlinin qulluq etdiyi təşkilatlar onun dialoqda iştirak etməsinə icazə verməyiblər. Bu da aydın məsələdir".

"Buna Əli Kərimlinin nə siyasi potensialı, nə də xidmət göstərdiyi əhatə imkan vermir"

Siyavuş Novruzov bildirib ki, Əli Kərimli və onun ətrafındakılar ümumiyyətlə, "Azərbaycan maraqları" adı altında simulyasiyalar edir, bu vasitə ilə xaricdəki havadarlarının təlimatlarını, sifarişlərini reallaşdırmağa çalışır: "Əgər Azərbaycanın maraqlarını müdafiə edirsənsə, onun gələcək inkişafı, siyasi sisteminin formalaşması ilə əlaqədar hər hansı bir təklifin, rəyin varsa buyur, müzakirələrdə iştirak et, təkliflərini ver. Təəssüflər olsun ki, buna Əli Kərimlinin nə siyasi potensialı, nə də xidmət göstərdiyi əhatə imkan vermir".Millət vəkili xatırladıb ki, AXCP-nin bu kimi oyunbazlığı birinci dəfə baş vermir: "AXCP illərdir ki, xarici dairələr tərəfindən maliyyələşdirilir. Bunu hətta rayon təşkilatlarından istefa verən nümayəndələri də etiraf ediblər. Xidmət etdiyi müxtəlif ölkələrin səfirləri, təşkilatları ona tapşırsalar ki, bu gün Prezident Administrasiyasının qarşısında beş gün otur, həmin beş günü də orada oturacaq. Tapşırsalar ki, başqa hərəkət et edəcək. Bu insan nə dövlətçilik, nə də xalqın maraqlarını düşünmür. O ancaq şəxsi marağından və qulluq etdiyi dairələrin maraqlarından çıxış edir".Xatırladaq ki, sabah ölkədə iqtidar-müxalifət dialoqunun keçirilməsi nəzərdə tutulub.

sia.az

Digər xəbərlər