"2018-ci ilə qədər Azərbaycanda 85 faiz yüksək sürətli, geniş zolaqlı internetə çıxış olacaq". Bunu SİA-ya ekskluziv açıqlamasında Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.Nazirin sözlərinə görə, yüksək sürətli və geniş zolaqlı internet kəndlərdə 30, şəhərdə isə 100 mb saniyə deməkdir: "Təbii ki, bu, çox yaxşı göstəricidir. Əgər 2018-ci ilin sonuna kimi biz ona çata bilsək, o zaman inkişaf etmiş ölkələrin səviyyəsinə daxil ola bilərik. Burada əsas problem odur ki, bizə maliyyələşmə Neft Fondundan gözlənilsə də, amma Fonddan olan maliyyələşmə 2016-cı ilə qədər dayandırıldı. Amma bu layihə oduqca rentabelli olduğu üçün beynəlxalq banklar və bir çox maliyyə institutları ilə kreditlər şəklində həyata keçirilir. Ödəmə və investisiyanın geri qaytarılması 3-5 ildən çox deyil. Ona görə də biz prosesi dayandırmamışıq və bu istiqamətdə fəaliyyətə başlamışıq. Heç Neft Fondunun pulu bizə lazım olmayacaq. Maksimal dərəcədə çalışırıq ki, bu layihələrin həyata keçirilməsində dövlətin maliyyə resurslarına az dəyək. Çünki bu gün o vəsaitə daha çox lazım olan sahələr var".
sia.az