PDF Oxu

Siyasət

  • 50

Martda nazirlərin üçtərəfli görüşü keçiriləcək AÇIQLAMA

Martda nazirlərin üçtərəfli görüşü keçiriləcək AÇIQLAMA

"Bu gün İran xalqı üçün çox böyük bir gündür. Biz İran İslam inqilabının 36-cı ildönümünü qeyd edirik. İnqilabın nəticələrindən biri də budur ki, biz qonşu müsəlman ölkələri ilə yaxşı münasibətlər qurmuşuq". Bu sözləri İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, səfirliyin təşkilatçılığı ilə İran İslam inqilabının qələbəsinin 36-cı ildönümü münasibətilə təşkil edilən ziyafət zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.Onun sözlərinə görə, mart ayında İran, Azərbaycan və Türkiyənin müştərək iqtisadi komissiyalarının nazirlər səviyyəsində üçtərəfli görüşü keçiriləcək. Görüşün keçiriləcəyi yer və tarix barəsində dəqiq məlumat verməyən səfir qeyd etdi ki, Azərbaycan İran müştərək iqtisadi komissiyasının növbəti iclası Təbrizdə keçiriləcək: "Bu gün Azərbaycan Respublikası, İran İslam Respublikasının ən yaxşı dostlarından biridir. Cənab İlham Əliyevin İranın prezidenti cənab Ruhaniyə bu münasibətlə göndərdiyi təbrik məktubu əlaqələrimizin möhkəmliyinin göstəricisidir. Əlaqələrimiz çox möhkəmlənir və daha da genişlənir. Mart ayında İran, Azərbaycan və Türkiyənin müştərək iqtisadi komissiyalarının nazirlər səviyyəsində üçtərəfli görüşü nəzərdə tutulur. Eləcə də rəhbərlərimizin daim iradəsi və istəyi ilə olub ki, İran, Azərbaycan və Türkiyə ilə üçtərəfli münasibətlərdə yaxşılaşma daha yüksəldilsin. Biz üçtərəfli görüşləri xarici işlər nazirləri səviyyəsində keçirirdik və hal-hazırda isə iqtisadiyyat nazirləri səviyyəsində keçirdəcəyik. Bu 3 ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Üçtərəfli görüşün İranda keçirilməsi qətidir. Amma hansı şəhərdə keçirilməsi sonradan məlum olacaq, həmin zaman vaxtı da elan olunacaq. Lakin Azərbaycan İran müştərək iqtisadi komissiyasının növbəti iclası bu ilin yayında Təbriz şəhərində keçiriləcək".

sia.az

Digər xəbərlər