PDF Oxu

Siyasət

  • 25

“Ukrayna, ABŞ və Rusiya” AÇIQLAMA

“Ukrayna, ABŞ və Rusiya” AÇIQLAMA

"ABŞ konqresi Ukraynaya 1 milyard dollar hərbi yardım göstərilməsi ilə bağlı müzakirələr aparır. Mənim fikrimcə bu məsələdə hər şey Minsk danışıqlarından asılı olacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.Onun sözlərinə görə, Minsk danışıqları Rusiya ilə Ukrayna arasında baş verən münaqişənin həll olunması yolunda xeyli əhəmiyyətlidir: "Dünəndən başlayan danışıqlarda görünən odur ki, konkret nəticə əldə olunmayıb. Bu gün də danışıqların bir neçə saat davam etdirilməsi nəzərdə tutulub. İndiki şəraitdə Rusiyanın və ABŞ-ın birbaşa müharibəsindən söhbət gedə bilməz. Çünki hər iki ölkə nüvə dövlətidir. Onlar sadəcə bir-birilərinə qarşı mübarizəni Ukrayna üzərindən davam etdirəcəklər. Yəni döyüş cəbhəsi Ukrayna, döyüşən tərəflər isə ABŞ və Rusiya olur. Beləcə, proseslər öz məhvərindən çıxa bilər. Əgər bu konfliktin qarşısı alınmazsa Avropada artıq çox böyük müharibədən söhbət gedə bilər. Bu müharibənin isə törədə biləcəyi nəticələri qabaqcadan planlaşdırmaq mümkündür".

sia.az

Digər xəbərlər