AÇIQLAMA
"Ümumiyyətlə Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberin Dağlıq Qarabağın separatçı rejiminin "xarici işlər naziri" Karen Mirzəyanla görüşü DQ-da olmayıb əksinə İrəvanda olub". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Dağlıq Qarabağa səfər etməkdə o qədər meyilli deyil: "Təbii ki, görüş barədə yayılan məlumat da erməni tərəfinin uydurmasından başqa bir şey deyil. Avropa İttifaqının proqramı var və Aİ çalışır ki, DQ-nın erməni və Azərbaycanlı icmaları arasında dialoq yaratsın. Proqramda həm DQ-nın Azərbaycanlı həm də erməni icmaları da iştirak edir. Aİ istəyir ki, DQ-nın erməni və Azərbaycanlı icması açıq şəkildə mətbuata məlumat vermək şərtilə birlikdə görüşlər keçirə bilsinlər. Qurumun hal-hazırdakı əsas məqsədi budur. Ötən gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Malena Marda və ondan bir qədər sonra Azərbaycan xarici İşlər Nazirliyi də bu mövzuda məlumat yaydı. Bütün məlumatlarda göstərildi ki, Herbert Salberin Dağlıq Qarabağın separatçı rejiminin "xarici işlər naziri" Karen Mirzəyanla görüşünün əsas məqsədi DQ-nın erməni və Azərbaycanlı icmalarının dialoqunu təşkil etməkdir".
sia.az