PDF Oxu

Siyasət

  • 21

Aydın Mirzəzadə: “AXCP və Müsavat dialoqda maraqlı deyil” AÇIQLAMA

Aydın Mirzəzadə: “AXCP və Müsavat dialoqda maraqlı deyil” AÇIQLAMA

"Artıq neçənci dəfədir ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilir". Bunu SİA-ya YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə iqtidar-müxalifət dialoquna AXCP və Müsavat partiyalarının qatılmamasına münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, hər bir marağı olan siyasi partiya burada iştiraka dəvət olunur: "Ancaq göründüyü kimi radikal müxalifət partiyaları AXCP və Müsavat dialoqda iştirakdan imtina edirlər. Çünki, onlar dialoqda və cəmiyyətin məsələlərinə dair geniş fikir mübadiləsinin edilməsində maraqlı deyillər. Bu bir daha onların birliyə maraqlı olmadığından xəbər verir. Əlbəttə, bu Azərbaycanda siyasi mühitin sağlamlaşmasına və siyasi mədəniyyətin genişlənməsinə təsir edən məsələlərdən biridir. Bu cür dialoq müxtəlif məsələlərin müzakirəsini keçirməyə hansısa məsələ barəsində ümumi rəyə gəlməyə çox kömək edir".

sia.az

Digər xəbərlər