PDF Oxu

Siyasət

  • 33

Əli Həsənov dialoqun nəticələrini açıqladı

Əli Həsənov dialoqun nəticələrini açıqladı

"Bugünkü görüşdə də biz bütövlükdə siyasi partiyalar ilə bu görüşün formatını, reqlamentini, tematikasını və bütövlükdə görüş ilə bağlı digər təşkilati məsələləri müzakirə etdik". SİA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün keçirilən iqtidar-müxalifət dialoqunun nəticələrinə münasibət bildirərkən deyib.Ə.Həsənov qeyd edib ki, partiya sədrləri məsələlər ətrafında öz fikirlərini səsləndirdilər: "Əlbəttə fərqli fikirlər də oldu, amma gəldiyimiz razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi ilə siyasi partiyalar rəhbərlərinin görüşü aktual hesab olunsun, cəmiyyət üçün gərəkli, lazımlı bir akt kimi dəyərləndirilsin və davam etdirilsin. Bundan sonra mütəmadi olaraq hər iki aydan bir bu formatda yığışıb biz Azərbaycan cəmiyyətini, siyasi partiyaları, hər bir Azərbaycan vətəndaşını, hakimiyyəti, daxili-xarici institutları narahat edən və yaxud da onların aktual hesab etdikləri məsələləri əvvəlcədən razılaşdırılmış şəkildə müzakirəyə çıxaraq və birgə müzakirə edək".PA rəsmisi qeyd edib ki, bütövlükdə birinci gəlinən razılaşma ondan ibarət oldu ki, bu görüşlər mütəmadi olsun və iki aydan bir dəfə bu formatda keçirilsin: "İkinci burada format məsələsi müzakirə olundu ki, bu görüşlərdə kimlər iştirak etsin. Əlbəttə biz siyasi partiyalar arasına ayrıseçkilik qoya bilmərik. Aktiv siyasi fəaliyyət ilə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İki görüşdür ki, bu görüşlərdə iştirak edən partiyaların sayı təxminən 16-18-20 arasında tərəddüd edir. Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq aktiv siyasi fəaliyyət ilə məşğul olan siyasi partiyalar bura təşrif buyuranlardır və bir neçəsi də təşrif buyurmayıb. Onlara da dəvətlər olunub, yəqin ki, bəlli səbəblərdən onlar qatılmayıb. Sonra qatılsalar biz onlara da bu qapılarımızı açıq qoyuruq".Ə.Həsənov əlavə edib ki, üçüncü, tematika məsələsi müzakirə edildi: "Burada geniş müzakirə olunan və ümumi razılığa gəlinən məsələlərdən biri ondan ibarət oldu ki, görüşlərə çıxarılacaq gələcək mövzular, tematikalar əvvəlcədən müəyyən olunsun. Bütün siyasi partiyaların, ayrı-ayrı mətbuat orqanlarının, o cümlədən dövlət qurumlarının, ictimai yüklü hesab etdiyi məsələlər siyahılansın, o siyahıya çıxarılmış məsələlər bütün siyasi partiyalara göndərilsin və onların seçimi ilə onlardan biri növbəti görüşün müzakirəsinə çıxarılsın".Ə.Həsənov qeyd edib ki, dördüncü razılaşdırılan məsələ ondan ibarət oldu ki, burada keçirilən görüş, müzakirə olunan məsələlər, məsələlər ətrafında yaranmış fikir ayrılığı və yaxud da fərqli-fərqli ideyaları biz burada saxlamayaq, onları həm cəmiyyətin müzakirəsinə çıxaraq, həm də həyata keçirilməsinə həm siyasi partiyalar, həm də hakimiyyət orqanı çalışsın: "Biz Azərbaycan hakimiyyəti olaraq və Prezident İlham Əliyevin bu məsələdə mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsinlər".

sia.az

Digər xəbərlər