PDF Oxu

Siyasət

  • 32

Adil Əliyev: “Ermənistanda xalq üsyanı baş qaldıra bilər” MÜNASİBƏT

Adil Əliyev: “Ermənistanda xalq üsyanı baş qaldıra bilər” MÜNASİBƏT

"Ermənistanda baş verən son proseslər bir daha sübut etdi ki, ölkədə mövcud olan Sarkisyan rejimi xalqa divan tutmaqla, həyatda qalmağa cəhd göstərir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Adil Əliyev deyib.Millət vəkili qeyd edib ki, Ermənistanda siyasi, iqtisadi və sosial sahələrdəki tənəzzül artıq xalqın haqlı narazılıqlarına səbəb olan son mərhələyə çatıb: "Gəlin, həmin proseslərə növbəylə yanaşaq. İlk öncə Gümrüdə yerləşən Rusiyaya məxsus hərbi bazanın əsgəri Premyakovun yeddi nəfərlik erməni ailəsini amansızlıqla qətlə yetirməsi nəticədə onun Ermənistanın deyil, Rusiyanın qanunları ilə mühakiməsi xalqın Sarkisyana qarşı olan hiddətini artırdı. Onlar rejim rəhbərini onda günahlandırdılar ki, Sarkisyan ölkəsində baş verən cinayət hadisəsini araşdırılmasına nail ola bilmədi və onu digər ölkəyə təslim etdi. Növbəti fakt isə sözügedən ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara qarşı çıxarılan vergi qanunu oldu. Həmin qanunda sahibkarların qazanclarının böyük hissəsini vergiyə ödəməli olacaqları göstərildi. Bu da sadə əhali ilə yanaşı, sahibkarların da hiddətinə səbəb oldu. Kütləvi etirazlar fonunda baş verən hadisələr Sarkisyan rejiminin devrilməsinə doğru irəlləməkdədir. Daha bir amil bu günlərdə Ermənistanın və seperatçı rejimin Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə təxribatlara əl atmasıdır. Məhz belə bir vəziyyətdə dövlətimizin güclü, qüdrətli ordusunun layiqli cavabları nəticəsində böyük itki verən Ermənistan tərəfi əsgər analarının etirazları ilə qarşı-qarşıya qaldı. Həmin etirazlar fonunda erməni polislərinin əsgər analarına qarşı vəhşilik üsulları ilə güc tədbiq etmələri işğalçı ölkədəki siyasi vəziyyəti daha da ağırlaşdırdı. Bunun nəticəsində Ermənistanda misli görünməmiş xalq üsyanı baş qaldıra bilər. Artıq bunun cücərtiləri də görünməkdədir".Adil Əliyev onu da bildirdi ki, son günlər Ermənistanda ictimai-siyasi fəallara qarşı da hücumlar səngimir: "Artıq erməni müxalifəti anlayır ki, xalqı ayağa qaldıra bilməsə, mövcud vəziyyət daha kritik həddə doğru gedəcək. Bu amil baş verərsə, Ermənistan satellit dövlət olaraq xəritədən silinmək təhlükəsindən yaxa qurtarmağı bacarmayacaq".Qeyd edək ki, fevral ayının 11-də polislər Ermənistan prezidentinin ofisinin qarşısında qeyri-hərbi şəraitdə həlak olan hərbçilərin piket keçirən valideynlərinə qarşı güc tətbiq ediblər. Bu isə erməni xalqında kəskin etirazların baş qaldırmasına səbəb olub.

sia.az

Digər xəbərlər