PDF Oxu

Siyasət

  • 36

MSK 3 DSK-nı yenidən formalaşdırıb

MSK 3 DSK-nı yenidən formalaşdırıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi barədə məsələyə baxılıb.MSK katibi Arifə Muxtarova deyib ki, 23 dekabr 2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyaları buraxılıb. Seçki Məcəlləsinin tələbinə görə həmin dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılmalıdır.A. Muxtarova bu üç dairə seçki komissiyalarının yeni tərkibinin MSK-da parlamentdəki bitərəf, çoxluq və azlığın təmsilçiləri arasında razılaşdırıldığını bildirilib.Daha sonra bu dairə seçki komissiyalarının üzvlüyünə namizədlər səsverməyə çıxarılıb və dairə seçki komissiyalarının yeni tərkibi təsdiqlənib.MSK 111 saylı Zaqatala-Balakən Seçki Dairəsinin dairə seçki komissiyasının üzvlərindən birinin xahişi ilə onu komissiyanın üzvlüyündən azad edilməsi barədə məsələyə də baxıb. Məsələ səsverməyə çıxarılaraq, qəbul edilib.

sia.az

Digər xəbərlər