Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Suraxanı rayonu sakinlərinin tibbi müayinəsi uğurla keçirilir. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədilə rayon icra hakimiyyətində komissiya yaradılıb, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayinədən keçmə qrafiki tərtib olunub. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilir. Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olduğu tədqirdə proflaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalı və əhəmiyyətlidir.
Suraxanı rayonunun 212300 nəfər əhalisinin və rayonda məskunlaşan 21858 nəfər məcburi köçkünün tibbi müayinədən keçməsi nəzərdə tutulub. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir. 12 fevral 2015-ci il tarixədək Suraxanı rayonunda 18 minə yaxın vətəndaş və 33-dən çox kollektiv tibbi müayinədən keçib. 335 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 38 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə, xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilib.
2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov bildirib ki, 2013-cü ildə xəstəxana tam təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Dövlət başçısının tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilib:"Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edir. Tibb müəssəsində 13572 nəfər böyük əhaliyə və 3958 uşağa xidmət edilir. 12 fevral 2015-ci il tarixədək 1650 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 89 nəfəri rentgen, 79 nəfəri USM aparatından 121 nəfəri laboratoriya və 73 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 42 nəfərərində xəstəlik aşkar olunub və 7 nəfəri stasionar müalicəyə götürülüb. Müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir".
Yeni Suraxanı qəsəbəsinin sakinləri vətəndaşlara göstərilən bu qayğını, keçirilən aksiyanı Cənab İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına göstədiyi böyük diqqət kimi olaraq qiymətləndiriblər.
Zümrüd BAYRAMOVA