"Hesab edirik ki, son iki görüşdə iqtidar qarşında qaldırdığımız məsələlər gec-tez öz müsbət həllini tapacaq". Bunu SİA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.Partiya sədrinin sözlərinə görə, elə məsələlər, suallar var ki, onların cavabı görüşdə verilir: "Amma bəzi məsələlərin cavabı bizə çatdırılacaq. Ötən görüşdə də səsləndirilən bir sıra məsələlər vardı ki, onlar bir daha səsləndirildi. Çünki, bu məsələlər özünün müsbət həllini tapmayıb. Bu məsələlərdə də qarşılıqlı anlaşma Azərbaycan cəmiyyəti üçün çox vacibdir".M. Mirəlioğlu hesab edir ki, görüşün təşəbbüskarlarına və təşkilatçılarına təşəkkür düşür: "Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun açıqlaması qaneedicidir. Bu açıqlama ümumi razılaşmamızın göstəricisidir".
sia.az