"Separatçı rejim bu və ya digər adlar altında qondarma seçkilər keçirir və bu seçkilər beynəlxalq aləmdə heç kim tərəfindən tanınmır". Bu sözləriSİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, seperataçı rejim tərəfindən atılan bu addımlar qeyri-ciddidir və işğal nəticəsində baş verən proseslərdir: "Dağlıq Qarabağ münaqişəsinin spesifik tərəflərindən biri də ondan ibarətdir ki, bu sadəcə bir separatizm hərəkəti deyil, həmçinin bir dövlətin başqa dövlətin ərazilərini işğal etməsi, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma həyata keçirməsi və qondarma rejim formalaşdırmasıdır. Bu baxımdan da bu prossesə sadəcə bir separatçı hərəkatın nəticəsi kimi yox, işğal prossesinin nəticəsi kimi də yanaşmaq lazımdır. Hesab edirəm ki keçiriləcək, hər hansısa bir seçki, atılacaq addımlar son nəticədə heç bir uğur qazanmayacaq, sadəcə danışıqlar prosesinə mane olacaq".
sia.az