"Bu tendensyanın inkişafı ümumi işlərimizin xeyrinə olacaq"
"Prezident Administrasiyasının, eyni zamanda YAP-ın təşəbbüsü ilə ikinci dəfə keçirilən iqtidar-müxalifət dialoqu ölkəmizdə siyasi mədəniyyətin yüksəlməsindən xəbər verir". Bu fikirləri SİA-ya Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa dünən keçirilən iqtidar-müxalifət partiyalarının dialoqunun yekunları ilə bağlı münasibətini bildirərkən deyib.Partiya sədri siyasi dialoqun formalaşmasının müşahidə edildiyini deyərək vurğulayıb ki, bu, cəmiyyət üçün olduqca faydalı hadisə kimi qiymətləndirilir: "Bütün dünya ölkələrində dövlətin idarə olunmasında siyasi partiyaların bu və ya digər formada müəyyən ağırlıqları var".Millət vəkili keçirilən dialoqda çox ciddi məsələlərin qaldırıldığını deyib: "Belə ki, ölkədə partiyaların rolunun artırılması istiqamətində təşəbbüslər oldu ki, buna da normalar müzakirələr fonunda baxıldı. İnanıram ki, bu tendesyanın inkişafı ümumi işlərimizin xeyrinə olacaq. Azərbaycanda siyasi qüvvələr arasında daha səmimi münasibətlərin, hər kəsin dövlətçiliyimizə daha faydalı xidmət verəcəyi mühiti yaradacaq".
sia.az