Ukrayna münaqişəsi fonunda tərəflərin maraqlarını ortaq məxrəcdə birləşdirmək mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, Vladimir Putin Ukraynanın qərbin nəzarətinə keçməsi ilə heç cür barışa bilmir: "Rusiyada düşünürlər ki, Ukrayna qərbin nəzarəti altına keçərsə, tez bir zamanda NATO-ya üzv qəbul olunacaq və NATO Rusiyanın sərhədlərinə tam şəkildə yaxınlaşacaq. Ona görə də, Putin bütün hallarda bu münaqişənin qərbin maraqları dairəsində, Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında maraqlı deyil. Bu baxımdan Minsk görüşünün bir nəticə verməyəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Mən hesab edirəm ki, münaqişənin tənzimlənməsi istiqamətində real addımlar atılmır. Bir daha qeyd edirəm ki, rəsmi Kreml öz maraqlarına cavab verməyən addımlar atmayacaqdır. Bir sözlə Rusiya istəyir ki, Ukrayna federal dövlət olsun və gələcəkdə onun icazəsi olmadan NATO-ya qoşulmasın. Belə olan təqdirdə də tam əminliklə demək olar ki, münaqişə yaxın zamanlarda öz həllini tapmayacaq".
sia.az