Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 3 illiyi ilə əlaqədar tədbir keçirilib.SİA-nın məlumatına görə, mərasimdə SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov, rəisin birinci müavini, polkovnik Zaur Abdullayev, polkovnik Səxavət Salmanov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli və xidmətin əməkdaşları iştirak edib.SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov mərasimi açıq elan edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasəti əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də həyatın bütün sahələrində uğurlarla, inkişafla müşayiət olunub: "Ali Baş Komandanın müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 3 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Ötən qısa müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib".Arzu Rəhimovbildirib ki, Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb: "Belə ki, 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə yerli idarə, şöbə və bölmələrdə icrası nəzərdə tutulmuş tədbirlər planı hazırlanmış, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Xidmət tərəfindən 2014-cü il ərzində görüləcək tədbirlərin planı hazırlanaraq təsdiq olunub və nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib".Vurğulanıb ki, bütün görülən işlərin nəticəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşısına qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib.Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlər sırasında heç şübhəsiz mühüm yeri vətəndaşlara elektron xidmətlərin göstərilməsi tutur. Elektron xidmətlərin tətbiqində ciddi nailiyyətlər əldə etmiş dövlət orqanları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də yer alıb".Xidmət rəisi diqqətə çatdırıb ki, SHXÇDX tərəfindən ötən il gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin sistematik və məqsədyönlü aparılması nəzarətdə saxlanılıb, çağırışaqədərki hazırlığın keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə tədbirlər planı hazırlanaraq həyata keçirilib: "Bu işlərin həyata keçirilməsinə çağırışaqədərki hazırlıq rəhbərləri də cəlb olunublar. "Vətənin müdafiəsinə hazıram!" adı altında regionlar üzrə keçirilən silsilə tədbirlər, eləcə də I Ümumrespublika rəsm müsabiqəsi gənclər tərəfindən böyük maraqla qarşılanıb və ictimaiyyətin dəstəyini qazanıb".Qurum rəsmisi çıxışının sonunda bir daha vurğulayıb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaq".Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli isə ölkəmizdə aparılan uğurlu ordu quruculuğu prosesindən və ölkə başçısının hərbi sahənin inkişafında göstərdiyi diqqət və qayğıdan danışıb.Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları polkovnik Zaur Qasım oğlu Abdullayevə və polkovnik Səxavət İbrahim oğlu Salmanova "general-mayor" ali hərbi rütbəsi verilib. Bununla belə, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif ediliblər.Qeyd edək ki, tədbirdən öncə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov başda olmaqla, xidmətin kollektivi Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.Daha sonra onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının uyuduğu Şəhidlər Xiyabanına gələn xidmətin kollektivi, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.
sia.az