PDF Oxu

Siyasət

  • 33

Fazil Mustafa: “Bələdiyyələrin yerli idarə orqanına çevrilməsi üfüqdə görünmür”

Fazil Mustafa: “Bələdiyyələrin yerli idarə orqanına çevrilməsi üfüqdə görünmür”

"Bələdiyyələrin statusu aşağıdır və onların yerlidarə orqanına çevrilməsi üfüqdə görünmür". SİA-nın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.Onun sözlərinə görə, Bakıda böyük şəhər bələdiyyəsinin olmaması, maliyyə resursu problemi ciddi olaraq qalır: "Bu gün ki, məruzə fərqli və yeni formatda təqdim edilir. Fikrimcə, bu müsbət haldır. Ancaq bir sıra məsələlər var ki, bəzi təkliflərin nəzərə alınması vacibdir. Azərbaycanda Elektron Hökumət layihəsi tətbiq edilir. Ancaq əksər bələdiyyələrin internet resursu yoxdur. Fikrimcə, bələdiyyələrin elektron saytının yaradılması vacibdir".Millət vəkili hesab edir ki, nazirliyin bələdiyyələrlə iş üzrə strukturu bu məsələyə diqqət etməlidir: "Ötən ilin dekabrında bələdiyyə seçkiləri keçirildi və bizdə bu prosesdə iştirak etdik. Ancaq bələdiyyələrin komissiyası formalaşanda YAP-dan və bitərəflərdən olan sədr seçilir, digər partiyalar bu prosesdən kənarda qalır. Nədir ki, orada 3-4 nəfər maaş alacaq. Niyə əmək haqqı alan ancaq icra başçısına yaxın olmalıdır. Digər partiyalarda burada iştirak etsin, əmək haqqı alsın. Biz demokratik cəmiyyət qururuqsa, bu prosesləri həyata keçirməliyik. Məncə, bu məsələni diqqətə almaq lazımdır".

sia.az

Digər xəbərlər