PDF Oxu

Siyasət

  • 16

Vaqif Abışov: “AXCP və Müsavat köhnə ab-hava ilə yaşayır” AÇIQLAMA

Vaqif Abışov: “AXCP və Müsavat köhnə ab-hava ilə yaşayır” AÇIQLAMA

"Ümumiyyətlə belə bir tədbirin keçirilməsi birinci dəfə deyil. Mütəmadi olaraq iqtidar-müxalifət dialoqu keçirilir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov iqtidar-müxalifət dialoqunun əhəmiyyətindən danışarkən deyib.Onun sözlərinə görə, bu dialoqun təşkili Azərbaycan cəmiyyətində lazımlı olduğunu sübuta yetirib: "Yəni qarşıdurmaya heç bir ehtiyac yoxdur. Çünki Azərbaycanın hazırki durumu - ərazilərimizin ermənilər tərəfindən təcavüzə məruz qalması, eləcə də qonşu dövlətlərin ölkəmizə münasibətləri Azərbaycanın möhkəmləndirilməsini zəruri edir. Bu baxımdan hesab edirəm ki, belə bir dialoqların keçirilməsi çox vacibdir. Düşünürəm ki, bu davamlı olsa daha yaxşı olar".İqtidar-müxalifət dialoquna AXCP və Müsavat partiyalarının qatılmamasına gəlincə V.Abışov hesab edir ki, onlar hələ də köhnə ab-hava ilə yaşamaqdadırlar: "Sözügedən dialoqa məcburi sürətdə heç bir müxalət nümayəndəsini dəvət etməyiblər. Axı necə ola bilər ki, prezident seçkilərinə bir yerdə gedilir, amma birgə masa arxasında oturulmur? Bu baxımdan hesab edirəm ki, onların dialoqa qatılmamaları yanlışdır".

sia.az

Digər xəbərlər