PDF Oxu

Siyasət

  • 20

Qüdrət Həsənquliyev: “Bu, heysiyyatımıza toxunmaq məqsədi daşıyır”

Qüdrət Həsənquliyev: “Bu, heysiyyatımıza toxunmaq məqsədi daşıyır”

"Ermənilər azərbaycanlıların heysiyyatına toxunmaq üçün Xocalı Faciəsinin ildönümü günü kəlbəcərli girovların apelyasiya "şikayəti"nə baxmağı planlaşdırıblar. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.Onun sözlərinə görə, ermənilər qəsdən apelyasiya "şikayəti"ni həmin günə salıblar: "Ermənilər insanlıq əleyhinə böyük cinayət törədiblər. Ancaq, onlar cinayət törədikləri gün bu qondarma məhkəməni salıblar. Ancaq, əminəm ki, cinayəti törədənlər, azərbaycanlıları girov saxlayanlar öz cəzalarını alacaqlar".Millət vəkili qeyd edib ki, Ermənistanda kriminal bir rejim var: "Ermənistanda xunta hakimiyyəti mənimsəyib. İndi də bildiyini edir. Çox təəssüf ki, bu xunta ABŞ, ATƏT-in Minsk qrupunun digər üzv dövlətləri tərəfindən dəstəklənir, onlara maliyyə yardımları edilir. Beləliklə də onlar ayaq üstə tutulur. Bu da dünyanın, beynəlxalq aləmin acı reallıqlarıdır. Ona görə də cinayətkar rejimlər belə qondarma məhkəmə şouları təşkil edirlər, günahsız insanları girov saxlayırlar. Heç kim də onlardan tələb etmir ki, belə hərbi cinayətlərə son qoysunlar".

sia.az

Digər xəbərlər