PDF Oxu

Siyasət

  • 28

YAP funksionerindən ABŞ-la bağlı dinləmələrə MÜNASİBƏT

YAP funksionerindən ABŞ-la bağlı dinləmələrə MÜNASİBƏT

Sevinc Fətəliyeva: "Bunun mütləq bir təsiri olacaq"

"Əsas məqsədimiz Azərbaycanda ABŞ-la bağlı doğru mövqeyimizi müəyyən etməkdir. Dünyada siyasi vəziyyət dəyişdiyi üçün tendensiyalar, gözləntilər, tələblər də dəyişir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Sevinc Fətəliyeva Milli Məclisdə ABŞ-la bağlı keçirilən dinləmələrə münasibət bildirərkən deyib.Millət vəkili qeyd edib ki, bu cür dinləmələrin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub: "ABŞ dünya siyasi xəritəsində böyük gücə malik olan dövlətdir və Azərbaycan üçün həm müttəfiq, həm də əməkdaş kimi çıxış edir. Bütün bunları nəzərə alaraq ABŞ-la əlaqalərimizin düzgün qurulması olduqca əhəmiyyətlidir. Münasibətlərimizi gözdən keçirməklə yeni əlavələr etməyi vacib hesab edirik. Milli Məclisdə təşkil olunan dinləmələr zamanı deputatlarımızın istər müsbət, istərsə də mənfi fikirlər söyləməsinin də buna mütləq şəkildə təsiri olacaq".YAP funksioneri həmçinin bildirib ki, bu gün ölkədə yürüdülən müstəqil siyasət doğru və qətiyyətlidir: "Düşünürəm ki, Azərbaycanın dövlət siyasəti çox düzgün qurulur, müstəqil siyasət aparmağa qadirdir. Artıq dünya arenasında söz sahibi olan ölkəyik. Bu gün ABŞ ölkəmizi əhəmiyyətli müttəfiq kimi qəbul edir. Bu baxımdan Azərbaycanda baş verən bütün proseslər, hadisələr ABŞ-ın nəzərindədir".

sia.az

Digər xəbərlər