PDF Oxu

Siyasət

  • 28

Aydın Mirzəzadə: “Onlar ermənilərdən heç vaxt əfv diləməz”

Aydın Mirzəzadə: “Onlar ermənilərdən heç vaxt əfv diləməz”

"Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında girov götürdüyü azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərov məsələsindən maksimum siyasi şou düzəltməyə çalışırlar. Ancaq, proses ermənilərin əleyhinə işləyir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.Millət vəkili qeyd edib ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov Azərbaycan torpaqlarında girov götürülüb: "Bu gün onlar üzərində saxta məhkəmə qurulur. Şübhəsiz ki, həmin "apelyasiya" adlanan orqana "ərizəni" ermənilərin özləri yazıblar. Yəni, bizim tanıdığımız Şahbaz Quliyev və Dilqəm Əsgərov heç vaxt bunu etməzlər. Ölümü göz önünə alıb işğal zonasına gedən şəxslər ermənilərdən heç vaxt əfv diləməz".Onun sözlərinə görə, ermənilər bu məsələdən Azərbaycana siyasi təzyiq üçün istifadə etməyə çalışırlar: "Yəni, girovların qaytarılması əvəzinə Azərbaycandan müəyyən güzəştlər əldə etsinlər. Ancaq, Azərbaycan girovların maraqlarını yüksək səviyyədə qoruyacaq. Eyni zamanda Azərbaycan bütün istiqamətlərdə Ermənistana təzyiq edərək təkcə Şahbaz Quliyev və Dilqəm Əsgərovu yox, ümumilikdə işğal altında olan torpaqlarının azad olunmasına nail olacaq".

sia.az

Digər xəbərlər