PDF Oxu

Siyasət

  • 22

Elşən Musayev: “Emini gizlətmək lazımdır”

Elşən Musayev: “Emini gizlətmək lazımdır”

"Yoxsa beynəlxalq qüvvələrin, hətta bəlkə bəzi səfirliklərin də bulaşmış olduğu çirkli işlər, separat oyunlar ifşa oluna bilər"

"Emin Hüseynov Azərbaycan hakimiyyətindən deyil, Azərbaycan qanunlarından ehtiyat etdiyi üçün "gizlənqaç" oyununa davam edir. Çünki hansı çirkli işlərin içində olduğunu, bu günə qədər hansı cinayətləri törətdiyini, kimlərin əlində alət edildiyini özündən gözəl bilən yoxdur". Bu fikirləri SİA-ya Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)- nun sədri Emin Hüseynovun müəmmalı gizlənişinə münasibət bildirərkən söyləyib.Partiya sədrinin sözlərinə görə, Emin Hüseynovun son sığınacaq yeri İsveçrə səfirliyidir: "Emin məsum, təzyiqə məruz qalan, yazıq bir obraz yaradıb onun-bunun qapısında, girməyə fürsət tapdığı bütün dəliklərdə gizlənir. Çox güman ki, onun sığındığı son ünvan İsveçrə səfirliyidir. Hərçənd bir neçə gün öncə İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ursina Şmit açıq bir formada, Eminin hazırda İsveçrənin Bakıdakı səfirliyində məskunlaşdığını etiraf etmişdi. Həm də guya hansısa humanitar səbəblərə görə qalma icazəsi ilə. Ayrıca, Şmit paralel olaraq məsələ ilə bağlı Azərbaycan hakimiyyəti və hökuməti ilə danışıqlar aparıldığını da vurğulamışdı. Maraqlı olan da budur ki, adamın yeri bəlli, üzərində cinayət təqibi, üstəlikdə bütün çirkabın içində olsun, amma onu istintaqa cəlb edə bilməyəsən. Nə var-nə var İsveçrə səfirliyi özündən amerika kəşf edərək absurd bir arqumentlə onu müdafiə edir. Daha doğrusu gizlədir"."O zaman sual olunur ki, digər dövlətlərin daxili işlərinə qarışmaq, cinayət törətmə ehtimalı olan birini müdafiə etmək nə vaxtdan səfirliklərin öhdəliyinə verilib? Bu məqam diplomatik Protokolun, Beynəlxalq Konvensiyaların hansı bəndində yazılıb? İsveçrə səfirliyi ümumiyyətlə mövzu ilə bağlı münasibət bildirməkdən niyə çəkinir? Və ya görəsən onlar öz ölkələrində də qanunsuz sahibkarlıqla məşğul olanları, vergi cinayəti törədənləri bu şəkildə hifz edirlər? Barı doğru-dürüst açıqlama versinlər. Onu da eləmirlər. Niyə? Çünki təlimat belədir. Emini gizlətmək lazımdır. Yoxsa beynəlxalq qüvvələrin, hətta bəlkə bəzi səfirliklərin də bulaşmış olduğu çirkli işlər, separat oyunlar ifşa oluna bilər"-deyə, partiya sədri bildirib.

sia.az

Digər xəbərlər