"Allah yollarını açıq eləsin"
"Partiya rəhbərliyinin hansı mövqedən çıxış etməsi, hansı addım atması məni şəxsən maraqlandırmır". Bu fikirləri SİA-ya Müsavat funksioneri Vurğun Əyyub partiyanın yeni rəhbərliyinin sabiq başqan İsa Qəmbər tərəfindən idarə olunması iddilarına münasibətini bildirərkən deyib.Vurğun Əyyub Qubad İbadoğlunun barəsində də fikir irəli sürərək deyib ki, Qubad İbadaoğlunu Müsavat Partiyasının Nizamnaməsinə zidd olaraq uzaqlaşdırdılar və bu barədə kifayət qədər mövqeyini açıqlayıb: "Mən də buna qarşı mövqeyimi bildirərək, qərarın doğru olmadığını dilə gətirmişəm".Müsavat funksioneri Divanın növbəti toplantısında onun partiya sıralarından uzaqlaşdırılması ehtimalına da münasibət açıqlayaraq deyib ki, əgər bu barədə qərar qəbul ediləcəksə, yolları açıq olsun: "Əgər bu barədə fikirləşirlərsə, Allah yollarını açıq etsin. Onların nə qərar verməsi mənim üçün əhəmiyyətli deyil. Çünki bu qurumların işini legitim hesab etmirəm".
sia.az