"Ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşları Şahbaz Əsgərov və Dilqəm Quliyevlə bağlı məsələ hər dəfə həm ATƏT-in Minsk qrupunun həmsədrləri, həm də Avropa İttifaqının nümayəndəsi çərçivəsində qaldırılır". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.Elmar Məmmədyarovun sözlərinə görə, əldə olunan məlumata əsasən sözügedən məsələlər ən yüksək səviyyədə Ermənistan prezidenti Serj Sarkisyanın qabağında da qoyulub. Hər iki vətəndaşımız Azərbaycana geri qaytarılmalıdır. Çünki onları girov saxlamaq heç bir məntiqə söykənmir".
sia.az