PDF Oxu

Siyasət

  • 21

İranlı nazir: “Münaqişələrin olması bizi çox incidir” MÜNASİBƏT

İranlı nazir: “Münaqişələrin olması bizi çox incidir” MÜNASİBƏT

"Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik". SİA-nın məlumatına görə, bunu bu gün İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.Nazir bildirib ki, regionda sülh və sabitlik bərqərar olunmalıdır: "Bizim üçün Azərbaycan dövləti böyük əhəmiyyətə malikdir. Çünki dövlətinizlə yaxın bağlılıqlarımız var. Münaqişələrin olması İran tərəfi olaraq bizi çox incidir. Biz ATƏT-in Minsk qrupunun öz fəaliyyətini müvəffəqiyyətlə bitirməsini istəyirik. İran tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sona çatdırılması istiqamətində rolu nədən ibarət olarsa, o dəstəyi də verməyə hazırdır".

sia.az

Digər xəbərlər