"ADR falçılıq etməyəcək"
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşəbbüs qrupunun rəhbəri Qubad İbadoğlu adıçəkilən Hərəkatın sosial şəbəkədə mövcud olan səhifəsində Müsavat Partiyasının rəhbərliyinə yönəlik fikirlərini paylaşıb. Sabiq müsavatçı funksioner bildirib ki, ADR Müsavatdan fərqli olaraq, avtoritarizm meyllərindən uzaq dayanacaq: "Siz ADR-də avtoritarizmi xarizma ilə eyniləşdirən böyük ictimai xadim, "korifey siyasətçi" görməyəcəksiniz. ADR Azərbaycanın gələcəyinə "falçı" kimi baxmayacaq, hər ilin əvvəlində "Bu il hakimiyyətə gələcəyik, bu iqtidarın sonu çatıb" kimi reallıqdan uzaq, növbətçi bəyanatlar verməyəcək".
Qeyd edək ki, artıq bir sıra rayonlarda Müsavat Partiyasının rayon təşkilatları buraxılaraq, ADR hərəkatına qoşulduqlarını bəyan ediblər. ADR-in təsis olunmasından sonra isə bu Hərəkatın siyasi partiyaya çevriləcəyi də istisna olunmur.
sia.az