PDF Oxu

Siyasət

  • 23

Rusiyanın Ali İqtisad Məktəbi ADİU-da olimpiada keçirib

Rusiyanın Ali İqtisad Məktəbi ADİU-da olimpiada keçirib

Olimpiyada qalibləri AİM-in magistraturasına imtahansız qəbul olunacaq, ödənişsiz təhsil almaq hüququ qazanacaqlar

Fevralın 14-də və 15-də Rusiya Federasiyasının Ali İqtisad Məktəbi (Elmi-Tədqiqat Universiteti) Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olimpiada keçirib.

ADİU-nun mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən, olimpiadanın açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov və Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov iştirak ediblər. Qeyd olunub ki, olimpiada AİM-in magistraturasında təhsil almaq istəyən xarici ölkə (əsasən MDB və Baltikyanı ölkələr) vətəndaşları olan tələbələr və məzunlar arasında, eyni vaxtda 12 ölkənin 36 şəhərində keçirilir. Qaliblər və mükafatçılar AİM-in magistraturasına imtahansız qəbul olunmaqla, ödənişsiz və təqaüd almaqla təhsil almaq hüququ qazanacaqlar.

3510 nəfərin iştirak etdiyi olimpiadaya Azərbaycandan 50 tələbə qatılıb. Onlardan 45 nəfəri ADİU-nun tələbəsidir. Olimpiada əsasən iqtisadiyyat, menecment, maliyyə, dünya iqtisadiyyatı, biznes-informatika, riyaziyyat, dövlət idarəetmə, elektronika, psixologiya istiqamətlərini əhatə edib.

Olimpiadanın təşkili edilməsi üçün Bakıya gələn AİM-in professoru M.Plotnikov ADİU müəllimləri və tələbələri üçün menecment üzrə master-klass da keçirib.

Qeyd edək ki, ADİU ilə Rusiya Federasiyasının Ali İqtisad Məktəbi (Elmi-Tədqiqat Universiteti) arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Hazırda iki universitet arasında potensial əməkdaşlıq istiqamətləri üzrə konkret məsələlərin razılaşdırılması, eləcə də, bu məsələləri özündə əks etdirəcək əməkdaşlıq sazişinin layihəsi üzərində iş aparılır.

NƏZAKƏT

Digər xəbərlər